Aspirantura və doktorantura şöbəsi

  • Fəaliyyəti
  • Əməkdaşlar

Ədliyyə Akademiyasının Doktorantura şöbəsi öz vəzifələrini aşağıdakı fəaliyyət istiqamətlərinə uyğun olaraq yerinə yetirir:

1.Elmi- metodiki;
2.Analitik-informasiya;
3.İdarəçilik

Şöbənin  vəzifələri

1.Akademiyanın elmi potensialının müəyyənləşdirilməsi üçün  məlumatları hazırlayır və Elmi Şuraya  təqdim edir;
2.Ədliyyə nazirliyi tərəfindən Nazirlər Kabinetinə təqdim olunan doktoranturaya illik qəbul və dissertantların təhkimolunma planları barədə sifarişi hazırlayır və rektora təqdim edir;
3.Fakultələr və kafedralarla  birlikdə doktorantların təhsil prosesini təşkil edir;
4.Foktorantların hazirlammasının təşkilati-metodik və informasiya təminatının həyata keçirir; 
5.Rektorun yazılı göstərişi ilə sənədlərin qəbulu forması, qaydaları, qəbul planı və imtahanların keçirilmə müddəti haqqında kütləvi informasiya vasitələrində veriləcək qəbul elanını hazırlayır;
6.Sənədlərin qəbulu üçün qəbul komissiyasının yaradılması ilə balı hazırlıq işlərini həyata keçirir və rektora təkliflər verir;
7.Qəbul komissiyasının qərarlarının iddiaçıya göndərilməsi haqqında bildirişi hazırlayır və göndərir;
8.Qəbul imtahanlarını keçirmək məqsədi ilə imtahan komissiyaları yaradılması üzrə hazırlıq işləri görür və komissiyanın tərkibi barədə rektora təkliflər verir;
9.Akademiyanın Elmi Şurası tərəfindən doktorantların dissertasiya mövzularının və elmi rəhbərlərinin təsdiq edilməsi üzrə kafedraların fəaliyyətini əlaqələndirir;
10.Doktoranturada və dissertantlıq yolu ilə təhsilini başa çatdırmış məzunlara Akademiyadan verilən müvafiq arayışı və imtahanların verilməsi haqqında vəsiqəni hazırlayır və rektora təqdim edir;
11.Doktorantların Akademiyadan digər ali təhsil müəssisəsinə, elmi təşkilata, digər ali təhsil müssisəsindən, elmi təşkilatdan Akademiyaya, həmçinin əyani təhsildən qiyabiyə və əksinə keçirilməsi ilə bağlı sənədləri hazirlayır;
12.Doktorantların attestasiyası haqqında əsasnaməyə uyğun olaraq onların attestasiyasını təşkil edir;
13.Doktorantlara fərdi iş planının yerinə yetirilməsində, zəruri avadanlığın, həmçinin elmi tədqiqat işinin mövzusu ilə bağlı materialların əldə edilməsində yardım göstərir;
14.Doktorantların milli və xarici ekspertlərin iştirakı ilə elmi forumlar, elmi seminarlar, konfranslar, simpoziumlar və konqreslərdə iştirakına kömək edir;
15.Doktoranturada tədris prosesinin elmi təşkilinin təkmilləşdirilməsinə yönəldilmiş elmi-metodik iş aparır və Elmi Şuraya təkliflər verir;
16.Şöbənin əməkdaşlarına  dosent və professor elmi adları, dövlət fəxri adlarının və mükafatlarının verilməsi üçün tövsiyələr hazırlayır;
17.Dissertasiya işlərinin ilkin ekspertizasını və rəy verilməsi haqqında sənədlərin hazırlanmasında iştirak edir;
18.Doktoranturanın fəaliyyəti ilə bağlı məlumatları Akademiyanın internet saytında yerləşdirilməsi üçün hazırlayır;
19.Hüquqi maarifləndirmə işində iştirak edir;
20.Fəaliyyət istiqamətləri üzrə və Akademiyanın rəhbərliyinin tapşırıqları əsasında digər vəzifələri yerinə yetirir.