2020-12-25
Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə (PL/TMM) sisteminin Milli Risk Qiymətləndirilməsinin (MRQ) həyata keçirilməsi, Avropa Şurasının müvafiq ekspert Komitəsi (MONEYVAL) tərəfindən aparılacaq 5-ci raund qiymətləndirilməsinə hazırlığın təmin edilməsi və digər məsələlərin müzakirəsi məqsədilə Koordinasiya Şurasının ilk iclası keçirilib.Azərbaycan Respublikası Baş nazirinin müavini, Koordinasiya Şurasının sədri Əli Əhmədov Azərbaycanda açıqlıq, şəffaflıq və hesabatlılıq prinsiplərinin tətbiqinin daha da genişləndirilməsinin, maliyyə şəffaflığının yüksəldilməsinin, vətəndaş cəmiyyəti institutlarının dəstəklənməsinin və ictimai nəzarətin gücləndirilməsinin, habelə açıq hökumətin təşviqi ilə bağlı tədbirlər çərçivəsində Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 27 fevral tarixli Fərmanı ilə təsdiq edilən “Açıq hökumətin təşviqinə dair 2020-2022-ci illər üçün Milli Fəaliyyət Planı”nın qəbul edildiyini deyib.