Ədliyyə işçilərinin tədrisi fakultəsi

  • Fəaliyyəti
  • Əməkdaşlar

Ədliyyə Akademiyasının Ədliyyə fəaliyyəti üzrə ixtisasartırma və peşəyə buraxılış fakültəsi Penitensiar xidmət işçilərinin təlimi bölməsi öz vəzifələrini aşağıdakı fəaliyyət istiqamətlərinə uyğun olaraq yerinə yetirir:
         
1. tədris –elm;
2. idarəçilik.

Bölmə öz müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq aşağıdakı vəzifələri yerinə yetirir:
1.Penitensiar xidmət işçilərinin təhsil və əlavə təhsil alma  fəaliyyətini təşkil edir;
2.Penitensiar xidmət işçilərinin təhsil proqramlarının və tədris planlarının işlənib hazırlanmasında, bu proqram və planların Ədliyyə Nazirliyinin Penitensiar xidmət idarəsi iə razılaşdırılmasında, dinləyicilərin tədris bazası kimi seçilmiş penitensiar müəssisələrdə  təcrübəsini təşkil edilməsində iştirak edir (3.0.13.dinləyicilərin tədris bazası kimi seçilmiş qurumlarda təcrübəsini təşkil edir;Tədris və ETV)
3.Bölmədə cəmiyyətin mədəni, mənəvi və elmi dəyərlərinin qorunması və artırılması sahəsində işi təşkil edir;
4.Hüquqi maarifləndirmə işində iştirak edir;
5.Elmi seminarların, konfransların, simpoziumların, təcrübənin təşkili və keçirilməsində iştirak edir;
6.Rektorun yazılı göstərişi ilə  penitensiar xidmət işçilərinin təhsili və əlavə təhsilin  təşkili ilə bağlı digər müəssisə və təşkilatlarla əməkdaşlıq edir;
7.Bölmənin və Akademiyanın fəaliyyətinin mühüm məsələləri üzrə Elmi Şuraya təkliflər verir;
8.Akademiyanın Nizamnaməsi ilə onun səlahiyyətlərinə aid edilən digər məsələləri həll edir;
9.Fəaliyyət istiqamətləri üzrə, həmçinin Nazirliyin və Akademiyanın rəhbərliyinin tapşırıqları əsasında digər vəzifələri yerinə yetirmək.