ƏDLİYYƏ AKADEMİYASI VƏ BAKI DÖVLƏT UNİVERSİTETİNİN BİRGƏ TƏŞKİLATÇILIĞI İLƏ XOCALI SOYQIRIMINA HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB

25 fevral tarixində Ədliyyə Akademiyası və Bakı Dövlət Universitetinin birgə təşkilatçılığı ilə “Xocalı soyqırımı beynəlxalq cinayətdir: hüquqi və siyasi təhlili” mövzusunda videkonfrans formatında tədbir keçirilib.

Tədbirin əvvəlində soyqırım qurbanları bir dəqiqəlik sükutla yad ediliblər. Giriş sözü ilə çıxış edən moderator, BDU-nun Hüquq fakültəsinin dekanı Əmir Əliyev bildirib ki, erməni silahlı dəstələrinin Xocalıda milli-etnik mənsubiyyətinə görə azərbaycanlılara qarşı son dərəcə qəddarlıqla törətdikləri qətliam, təkcə Azərbaycan xalqına qarşı deyil, bütün insanlığa qarşı yönəlmiş bəşəri cinayətlərdən biridir. Xocalı faciəsi barədə məlumat verərək Ermənistan silahlı qüvvələri tərəfindən Xocalının dağıdıldığını, dinc əhalinin xüsusi amansızlıqla qətlə yetirildiyini deyib.

2021-03-01

Bələdiyyə üzvləri və qulluqçularının tədris proqramları

  • Bələdiyyə üzvləri və qulluqçularının tədris proqramları