ƏDLİYYƏ AKADEMİYASINDA MƏHKƏMƏ-HÜQUQ SİSTEMİNDƏKİ İSLAHATLARLA BAĞLI MÜZAKİRƏLƏR APARILIB

 

2019-07-26

İyulun 26-da Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyası elm müəssisələrinin nümayəndələri ilə Prezident İlham Əliyevin “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” Fərmanından irəli gələn məsələlərlə bağlı ictimai müzakirə təşkil edib.

AZƏRTAC xəbər verir ki, Ədliyyə Akademiyasının rektor əvəzi Elçin Xələfov bildirib ki, Fərmanla bağlı ictimai müzakirələrə həsr olunmuş tədbirlər paytaxt Bakı ilə yanaşı, ölkənin müxtəlif regionlarında keçirilib. O qeyd edib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə ədalət mühakiməsinin səmərəliliyinin artırılması, məhkəmələrə müraciət imkanlarının və əlçatanlığın genişləndirilməsi məqsədilə mühüm qərarlar qəbul olunur, ardıcıl tədbirlər görülür. Prezident tərəfindən imzalanmış müvafiq Fərman ölkə əhalisinin sosial rifahının yaxşılaşdırılması və məhkəmə-hüquq orqanlarının şəffaflaşdırılması ilə bağlıdır. Dövlət başçısı tərəfindən aparılan iqtisadi və hüquqi islahatlar ölkəmizin inkişafına xidmət edir. 2019-cu il 3 aprel tarixli Fərman dövlətimizin başçısının məhkəmə hakimiyyətinə verdiyi müstəsna əhəmiyyətin növbəti təzahürü olmaqla, həyata keçirilən məhkəmə-hüquq islahatlarının mühüm tərkib hissəsidir.

 

 

Katiblik (şöbə səlahiyyətli)

  • Fəaliyyəti
  • Əməkdaşlar

Akademiyanın Katibliyi öz vəzifələrini aşağıdakı fəaliyyət istiqamətlərinə uyğun olaraq yerinə yetirir:
1.Akademiyanın kargüzarlıq və arxiv işinin qanunvericiliyə müvafiq aparılmasını təmin edir, onun strukturuna daxil olan qurumlarda bu işin təşkilinə nəzarət edir;
2.Akademiyada dövlət sirrinin qorunmasını, məxfilik rejiminə əməl edilməsini və məxfi kargüzarlıq işini təşkil edir, dövlət sirrinin mühafizəsinin təmin olunmasına idarə nəzarətini həyata keçirir;
3.Akademiyada vətəndaşların qəbulunu təşkil edir;
4.Akademiyanın rəhbərliyinin səlahiyyətlərinin həyata keçirilməsi ilə əlaqədar müvafiq işləri aparır;
5.Qanunvericiliklə müəyyən edilmiş digər istiqamətlərdə fəaliyyət göstərir.

Katiblik, fəaliyyət istiqamətlərinə uyğun olaraq aşağıdakı vəzifələri yerinə yetirir:
1.Akademiyaya daxil olan dövlət orqanlarının müraciətlərinin, təklif, ərizə və şikayətlərin, digər sənədlərin müvafiq qanunvericiliyin tələblərinə uyğun qeydiyyatını aparır, baxılması üçün aidiyyəti üzrə Akademiyanın rəhbərliyinə çatdırılmasını təmin edir, Akademiyanın strukturuna daxil olan müvafiq qurumlara isə verilməsini təşkil edir;
2.Baxılması Nazirliyin, penitensiar xidmətinin, regional, yerli və digər qurumlarının səlahiyyətlərinə aid olduğu hallarda müraciətləri və digər sənədləri aidiyyəti üzrə göndərir;
3.Daxil olan müraciətləri və digər sənədləri Akademiyanın rəhbərliyinin dərkənarına əsasən aidiyyəti üzrə verilməsini təşkil edir;
4.Akademiyada icra olunmuş sənədlərin aidiyyəti üzrə göndərilməsini təmin edir;
5.Akademiyada kargüzarlıq işini mövcud qanunvericiliyin tələblərinə müvafiq olaraq təşkil edir, dövlət sirrinin qorunması və məxfi sənədlərlə iş zamanı məxfilik rejiminə əməl olunmasını təmin edir, Akademiyanın strukturuna daxil olan qurumlara bu sahədə metodik köməklik göstərir;
6.Akademiyada vətəndaşları qəbul edir, onların müraciətlərinə dair müvafıq izah və arayışlar verilməsi işini təşkil edir;
7.Akademiyanın rəhbərliyi tərəfindən vətəndaşların qəbulunu təşkil edir;
8.Akademiyanın səlahiyyətləri dairəsində olan, yaxud qarşılıqlı fəaliyyət göstərdiyi təşkilatların səfərbərlik hazırlığını təşkil edir, səfərbərlik elan edildikdə, qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada Nazirliyin səlahiyyətləri dairəsində olan, yaxud qarşılıqlı fəaliyyət göstərdiyi təşkilatların müharibə dövrünün iş rejiminə keçirilməsi üçün hazırlanmalarını təşkil edir, səfərbərlik hazırlığı barədə statistik hesabatı Akademiyanın rəhbərliyinə təqdim edir, qanunvericiliyə müvafiq olaraq Akademiyada səfərbərlik hazırlığı və səfərbərlik sahəsində digər işləri təşkil edir;
9.Akademiyanın aparatında arxiv işini mövcud qanunvericiliyin tələblərinə müvafiq olaraq təşkil edir;
10.Akademiyanın strukturuna daxil olan qurumlarda kargüzarlıq, arxiv işinin təşkilinə nəzarət edir, bu işin təşkilində onlara əməli və metodik köməklik göstərir;
11.Akademiyada vətəndaşların və hüquqi şəxslərin müraciətlərinə baxılması vəziyyətini, eləcə də vətəndaşların qəbulu işini, yarım ildə bir dəfədən az olmayaraq, ümumiləşdirərək təhlil edir, statistik hesabatlar hazırlayır;
12.Akademiyanın gerbli möhürünün saxlanılmasını təmin edir, rektorun göstərişi ilə Akademiya sənədlərini gerbli möhür ilə təsdiq edir;
13.Rektoratın iclas protokollarının tərtib edir, rektoratın qərarları ilə bağlı əmrlərin layihələrini hazirlayır, rektoratın qərarlarının aidiyyəti qurumlara çatdırılmasını təmin edir
14.Hüquqi maarifləndirmə işində iştirak edir;
15.Fəaliyyət istiqamətləri üzrə və Akademiyanın rəhbərliyinin tapşırıqları əsasında digər vəzifələri yerinə yetirir.