Xəbərlər

ƏDLİYYƏ AKADEMİYASI VƏ BƏLƏDİYYƏLƏRLƏ İŞ MƏRKƏZİ TƏRƏFİNDƏN ŞƏKİDƏ BƏLƏDİYYƏ ÜZVLƏRİ VƏ QULLUQÇULARI ÜÇÜN SEMİNAR-MÜŞAVİRƏ KEÇİRİLMİŞDİR

2016-03-12

Cari ilin 12 mart tarixində Ədliyyə Akademiyası və Bələdiyyələrlə iş mərkəzitərəfindən Şəki regional ədliyyə şöbəsində  Şəki, Oğuz, Qax, Zaqatala, Balakən rayonlarının bələdiyyə üzvləri və qulluqçuları üçün seminar-müşavirə keçirilmişdir. Seminar-müşavirədə Ədliyyə Akademiyasının əməkdaşları tərəfindən Bələdiyyələrin fəaliyyətində şəffaflığın artırılması və korrupsiya hüquqpozmalarının qarşısının alınması, bələdiyyə qulluqçularının etik davranış məsələləri, əmək qanunvericiliyinin bəzi məsələlərivə Azərbaycan Respublikasının torpaq qanunvericiliyinin tətbiqi və bələdiyyə torpaqlarının idarə edilməsi məsələləri mövzularında mühazirələr oxunmuş, iştirakçıların sualları cavablandırılmışdır.

 

Tədbirdə dinlənilən mühazirələr və sualların cavablandırılması müşavirə iştirakçılarının maraqlarına səbəb olmuşdur. Tədbirdə 37 nəfər iştirak etmişdir.