Xəbərlər

HAKİMLƏRLƏ DEONTOLOGİYA VƏ ETİK DAVRANIŞ MÖVZUSUNDA TƏLİM KEÇİRİLMİŞDİR

2016-04-20

Deontologiya əxlaq və etika məsələləri cəmiyyətin bütün sahələrində ən vacib məsələlərdən biri olaraq qalmaqdadır. Deontologiyanın məqsədi insanlar arasında mənəvi cəhətdən etik davranışariayət etməkdən, stress faktorları ilə mübarizə aparmaqdan ibarətdir.

Məhkəmələrdə etik davranış qaydalarına riayət olunması vətəndaş məmnunluğunun əldə edilməsinin mühüm cəhətlərindən biridir. Bu baxımdan məhkəmə fəaliyyətinin təkmilləşdirilməsində hakimlərin etik davranış məsələləri mühüm əhəmiyyət kəsb edir.Bu məqsədlə Məhkəmə-Hüquq Şurasının 22 iyun 2007-ci il tarixli qərarı ilə“HakimlərinEtik Davranış Kodeksi” qəbul edilmişdir.Hakim deontologiyasının xüsusi bir ixtisas elmi kimi öynənilməsi daim Ədliyyə Akademiyasının diqqət mərkəzində olmuşdur. Problemin ilk növbədə praktiki əhəmiyyətini nəzərə alaraq Ədliyyə Akademiyasında deontologiya məsələləri və etik davranışmövzusu hakimlərin tədris kurslarının proqramlarına daxil edilmişdir.

Bununla əlaqədar növbəti belə təlim cari ilin 20 aprel tarixində Ədliyyə Akademiyasında təşkil edilmişdir. Təlim zamanı hakimlərin etik davranışının xüsusiyyətləri: milli qanunvericilik və təcrübə, hakimlərin proses iştirakçıları və ictimaiyyət nümayəndələri ilə qarşılıqlı münasibətinin etik aspektləri: beynəlxalq təcrübə, müasir idarəetmənin sosial- hüquqi aspektləri kimi məsələlər hakimlərin diqqətinə çatdırılmışdır. 20-dək hakimin iştirak etdiyi təlimdə səmərəli müzakirələr aparılmış, hakimləri düşündürən bir çox məsələlərə aydınlıq gətirilmişdir.