Xəbərlər

ƏDLİYYƏ AKADEMİYASINDA HAKİMLİYƏ NAMİZƏDLƏR ÜÇÜN TEST İMTAHANINA HAZIRLIQ KURSULARI BAŞLANILMIŞDIR

2016-04-23

Hakimliyə namizədlərin imtahanlara hazırlaşmalarına köməklik göstərilməsi məqsədilə müvafiq hazırlıq kursları başlanılmışdır.

 

 

23 aprel 2016-cı il tarixdə Ədliyyə Akademiyasında 70-dək hakimliyə namizədin iştirak etdiyi kursda Dövlət İmtahan Mərkəzinin eksperti, Ali Məhkəmənin təcrübəli hakimlərinin mühazirələri dinlənilmiş, test imtahanına hazırlıq və testlərin həlli vərdişləri, İnsan Hüquqları Avropa Konvensiyasının Azərbaycan Respublikası qanunvericilik sistemində yeri və məhkəmə hakimiyyətinin konstitusion əsasları  mövzularında mühazirələr dinlənilmiş, namizədləri düşündürən suallar cavablandırılmış, ətraflı fikir mübadiləsi aparılmışdır.

 

 

Hazırlıq kursları test imtahanınadək hər həftənin şənbə günləri keçiriləcəkdir.