Xəbərlər

ƏDLİYYƏ AKADEMİYASI VƏ AVROPA ŞURASININ TƏŞKİLATÇILIĞI İLƏ GƏNCƏ ŞƏHƏRİNDƏ VƏKİLLƏR ÜÇÜN TƏLİM KEÇİRİLMİŞDİR

2016-04-22

Ədliyyə Akademiyası Avropa Şurasının 2014-2016-cı illər  Azərbaycan üçün Fəaliyyət Planının bir hissəsi olan “Avropa İnsan Hüquqları Konvensiyası və Avropa İnsan Hüquqları Məhkəməsinin presedent hüququnun tətbiqi” adlı layihəsiniuğurla icra edir. Layihənin  məqsədi hüquqşünaslar arasında İnsan Hüquqlarınıntədrisi üzrə Avropa Proqramının (HELP)  tətbiqi, bu prosesdə Ədliyyə Akademiyasının rolunun artırılmasıdır.

 

Layihə çərçivəsində 2015-ci ildə hakimlər, vəkillər, Ədliyyə Akademiyasının müəllim heyəti və digər praktik hüquqşünaslar üçün Təlimçilər üçün Təlimləri (ToT) keçirilmiş,milli təlimçilər seçilmişdir,həmçinin Bakı şəhəri və regionlarda silsilə təlimlər keçirilməsi nəzərdə tutulmuşdur.2015-2016-cı illərdə təkcə Bakı şəhərində Vəkillər Kollegiyasının üzvləri üçün 9 belə təlimlər keçirilmiş, təlimlərdə beynəlxalq ekspertlərin də iştirakı təmin edilmişdir. Tədbirlərin davamı olaraq cari ilin 21-22 aprel tarixlərdə Gəncə şəhərində 24 vəkilin iştirakı ilə “Avropa İnsan Hüquqları Konvensiyasının 6-cı maddəsi (Ədalətli məhkəmə araşdırması hüququ)”  mövzusunda təlim keçirilmiş, təlimdə ekspert qismində Ədliyyə Akademiyasının əməkdaşları Şəlalə Quluzadə, Nuranə İbadova və Vəkillər Kollegiyasının üzvü Babək Həmidov iştirak etmişlər. Ekspertlər insan hüquqları sahəsində fikir mübadiləsi aparmış, dinləyicilərin suallarını cavablandırmışlar. 

 

Təlimin yekununda dinləyicilərə sertifikatlar təqdim olunmuşdur.