Xəbərlər

ƏDLİYYƏ AKADEMİYASINDA HAKİMLƏR ÜÇÜN TƏDRİS KURSU KEÇİRİLİB

2016-06-24

İyunun 24-də Ədliyyə Akademiyasında hakimlər üçün "Mənzil Məcəlləsinin tətbiqinin bəzi məsələləri" mövzusunda tədris kursu keçirilib.

 

 

Kursda birinci  instansiya məhkəmələrindən 24 nəfər hakim iştirak edib.

 

 

Təlimdə Ali Məhkəmənin hakimi Əsəd Mirzəliyev və Bakı Apellyasiya Məhkəməsinin hakimi Abiddin Hüseynov tərəfindən Mülki və Mənzil Məcəllələrinin qarşılıqlı əlaqəsi məsələləri (Konstitusiya Məhkəməsinin qərarlarında), məhkəmə qaydasında mənzil hüquqlarının müdafiəsi məsələləri, mənzil hüququnun obyektləri, mənzil fondu mövzularına aid məsələlərdən bəhs olunub, müzakirə keçirilib.