Xəbərlər

BƏLƏDİYYƏ NÜMAYƏNDƏLƏRİ ÜÇÜN MAARİFLƏNDİRMƏ TƏDBİRİ

2016-06-03

İyunun 3-də Ədliyyə Akademiyası tərəfindən Masallı rayonunda yerləşən Heydər Əliyev Mərkəzində Lənkəran, Masallı, Astara, Lerik, Cəlilabad, Yardımlı rayonlarının bələdiyyə üzvləri və qulluqçularının hüquqi maarifləndirilməsi məqsədilə tədris kursu təşkil edilib.

 

Tədbirdə 95 nəfər bələdiyyə üzvü və qulluqçusu, Lənkəran regional ədliyyə şöbəsinin və Masallı rayon icra hakimiyyətinin nümayəndələri iştirak edib.

 

Tədris kursunda Ədliyyə Akademiyasının əməkdaşları tərəfindən "Bələdiyyə qulluqçularının etik davranış məsələləri", "Bələdiyyələrin fəaliyyətində şəffaflığın artırılması və korrupsiya hüquqpozmalarının qarşısının alınması "İstirahət vaxtı və işçilərin məzuniyyət hüquqları" və "Azərbaycan Respublikasının torpaq qanunvericiliyinin tətbiqi və bələdiyyə torpaqlarının idarə edilməsi məsələləri" mövzularında mühazirələr oxunub.