Xəbərlər

ƏDLİYYƏ AKADEMİYASINDA NÖVBƏTİ İXTİSASARTIRMA KURSU KEÇİRİLMİŞDİR

2016-06-30

İyunun 30-da Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti (GİZ) və Ədliyyə Akademiyasının birgə təşkilatçılığı ilə Ədliyyə Akademiyasındaİnzibati icraat və inzibati prosesmövzusunda 16 hakimin iştiraki ilə tədris kursu keçirilib.

 

 

Kurs zamanı Ali Məhkəmənin hakimi Xəqani Məmmədov, Bakı Apellyasiya Məhkəməsinin hakimi Vidadi Məmmədov,Şirvan Apellyasiya Məhkəməsinin hakimi Rafael Eyvazovun mühazirələri dinlənilib.

 

Kursda öhdəliyin icrası, məcburetmə haqqında iddia, müəyyənetmə haqqında iddiakimi mövzular ətrafında müzakirələr aparılıb.