Xəbərlər

ƏDLİYYƏ AKADEMİYASI VƏKİLLƏR ÜÇÜN TƏLİM KEÇİRİB

2016-07-20

Ədliyyə Akademiyası tərəfindən Avropa Şurasının 2014-2016-cı illər üzrə Azərbaycan üçün Fəaliyyət Planının bir hissəsi olan “Avropa İnsan Hüquqları Konvensiyası və Avropa İnsan Hüquqları Məhkəməsinin presedent hüququnun tətbiqi” adlı yeni Layihənin icrası çərçivəsində Bakı şəhəri və regionlarda silsilə təlimlər keçirilir

 

İyulun 19-20-də Bakı şəhərində “Hyatt Regency” mehmanxanasında vəkillər üçün “Avropa İnsan Hüquqları Konvensiyasının 10-cu və 11-ci maddələri üzrə iki günlük təlim keçirilib. Təlimə Azərbaycan Respublikası Vəkillər Kollegiyasının 32 üzvü cəlb edilib. Təlim proqramında nəzərdə tutulmuş mövzularqeyd olunan layihə çərçivəsində keçirilmiş təlimçilər üçün təlim proqramının iştirakçıları - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvləri, Bakı Dövlət Universitetinin və Azərbaycan Respublikası Prezidenti Yanında Dövlət İdarəçilik Akademiyasının müəllimləri tərəfindən tədris olunub.

 

Təlimin sonunda iştirakçılara sertifikatlar təqdim edilib.