Xəbərlər

ƏDLİYYƏ AKADEMİYASINDA “MÜLKİ QANUNVERİCİLİYİN TƏTBİQİNİN AKTUAL MƏSƏLƏLƏRİ” MÖVZUSUNDA İXTİSASARTİRMA KURSU KEÇİRİLMİŞDİR

2016-07-12

İyulun11-12-də  birinci instansiya məhkəmələrinin hakimləri üçün “Mülki qanunvericiliyin tətbiqinin aktual məsələləri”mövzusunda keçirilmiş ixtisasartırma kursuda 18 hakim iştirak edib.

 

Kursda Ali Məhkəmənin hakimləri Ələsgər Əliyevin, İlqar Dəmirovun, Bakı Apellyasiya Məhkəməsinin hakimləri Abiddin Hüseynovun, Elşanə Vəliyevanın, İsmayıl Xəlilovun mühazirələri dinlənilib.

 

Kurs zamanı hakimlərə “Girov və İpoteka hüququ”, “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi”, “Ziyan vurma nəticəsində əmələ gələn öhdəliklər üzrə işlərə məhkəmələrdə baxılmasının xüsusiyyətləri”, “Torpaq sahələlərinin mülkiyyətə və icarəyə verilməsinin xüsusiyyətləri”, “Mənəvi zərər və onun ödənilməsinin xüsusiyyətləri”, “Əsassız varlanma- mülki hüququn və vəzifələrin  əmələ gəlməsinin əsası kimi” adlı mövzular tədris olunub.