Xəbərlər

“AZƏRBAYCANDA MƏHKƏMƏLƏRİN SƏMƏRƏLİLİYİNİN ARTIRILMASINA, HAKİMLƏRİN TƏLİMİNİN TƏKMİLLƏŞDİRİLMƏSİNƏ VƏ MƏHKƏMƏLƏRDƏ ÖZÜNÜ-İDARƏETMƏYƏ DƏSTƏK” LAYİHƏSİ ÇƏRÇİVƏSİNDƏ SEMİNAR KEÇİRİLMİŞDİR

2016-08-26

Cari ilin 25-26 avqust tarixlərində “Holiday İnn” mehmanxanasında Avropa Şurası və Avropa İttifaqı tərəfindən Şərq Tərəfdaşlığı ölkələrində həyata keçirilən “Proqramlar üzrə Əməkdaşlıq Çərçivəsi”nin “Azərbaycanda məhkəmələrin səmərəliliyinin artırılmasına, hakimlərin təliminin təkmilləşdirilməsinə və məhkəmələrdə özünü-idarəetməyə dəstək” layihəsi çərçivəsində “Ədliyyə tədris müəssisələrində məhkəmələrin idarə edilməsinə dair təlimin həyata keçirilməsi” mövzusunda seminar keçirilmişdir.

 

 

Seminarda layihə çərçivəsində cəlb olunan təlimçilər Sumqayıt Apellyasiya Məhkəməsinin sədri Səadət Bəktaşı, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin sədri Tofiq Paşayev,Ədliyyə Akademiyasının rektor vəzifəsini icra edən Elçin Xələfov, Ədliyyə Nazirliyi Təşkilat-nəzarət baş idarəsinin böyük məsləhətçisi Leyla Zakirova və Sumqayıt Apellyasiya Məhkəməsinin aparat rəhbəri Yaqub Məmmədli, həmçinin Moldova Milli Ədliyyə Institutununheyəti, Fransa Milli Ədliyyə Məktəbinin nümayəndələri və CEPEJ eksperti iştirak ediblər.

 

 

 

 

Tədbirin birinci günü Sumqayıt Apellyasiya Məhkəməsinin aparat rəhbəri Yaqub Məmmədli tərəfindən Azərbaycan Respublikası Ədliyyə Akademiyasının məhkəmələrin idarə edilməsi üzrə təlim kurslarının təqdim edilməsi üsuluna dair prioritet məqsədlər, hədəf qrupları, davametmə, metodologiya və tərkib baxımından ümumi baxış barəsində, Moldova Milli Ədliyyə İnstitutunun icraçı direktoru Diana Scobioala tərəfindən Moldova Respublikası Milli Ədliyyə İnstitutunun məhkəmələrin idarə edilməsi üzrə təlim kurslarının təqdim edilməsi üsuluna dair ümumi baxış barəsində, Angers şəhəri Apellyasiya Məhkəməsinin Rəhbəri, Fransa Milli Ədliyyə Məktəbinin təlimçisi Colette Martin Pigalle tərəfindən Fransada məhkəmələrin idarə edilməsi xüsusiyyətləri və onların Fransa Milli Ədliyyə Məktəbinin təlim proqramında əks etdirilməsi barədə təqdimatları həyata keçirilmişdir.

 

 

 

 

Növbəti gün isəAngers şəhəri Apellyasiya Məhkəməsinin Katibliyinin Məsləhətçisi, Fransa Milli Ədliyyə Məktəbinin təlim proqramlarının koordinatoru Sami Ben Hadj Yahia tərəfindən “Təlimçilər üçün təlimin hərtərəfli təqdimatı: məhkəmələrin idarə edilməsi ilə bağlı pedagoji model necə hazırlanmalıdır?”, Avropa Prokurorlarının Məşvərətçi Şurasının sədri, CEPEJ ekspertiCedric Visart De Bocarme tərəfindən “Əsas CEPEJ alətlərinin onların praktiki istifadəsinə əsaslanan yanaşma vasitəsilə hakimlər və məhkəmə heyəti üçün təlim proqramlarında əks etdirilməsi və Belçikada məhkəmələrin idarə edilməsinə dair təlim – qabaqcıl təcrübələr” mövzusunda təqdimatlarlara cıxışlar edilib.

 

 

Seminarın yekununda CEPEJ alətlərinin əhatə olunmaqla davamlı tədris kurslarının məhkəmə sədrləri və məhkəmə aparatı əməkdaşları üçün xüsusi proqram əsasında keçirilməsi barədə fikir mübadiləsi aparılıb.