Xəbərlər

ƏDLİYYƏ AKADEMİYASINDA ASAN KÖNÜLLÜLƏRİ ÜÇÜN TƏLİM TƏŞKİL EDİLİB

2016-08-31

“Könüllük fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq Ədliyyə Nazirliyi və Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin təşkilatçılığı ilə “ASAN School” könüllülük proqramı çərçivəsində avqustun 31-də Ədliyyə Akademiyasında Asan könüllülərinin  məhkəmələrdə təcrübəyə cəlb edilməsi ilə bağlı təlim keçirilib.

 

 

           

 

Təlim ASAN könüllülərinin məhkəmələrə müraciət edən vətəndaşlara müvafiq izahatların verilməsinə, poçt, elektron poçt, faks vasitəsi ilə və kargüzarlıq xidmətinə bilavasitə daxil olan iş, material və digər sənədlərin qəbulu,qeydə alınması, aidiyyəti üzrə bölüşdürülməsi, çatdırılması və göndərilməsinə müvafiq köməklik göstərilməsiməqsədi daşıyır.

 

 

Təlimin açılışında “ASANSchool”könüllülük məktəbinin rəhbəri CahangirHacıyev və Ədliyyə Nazirliyi Təşkilat-nəzarət baş idarəsinin böyük məsləhətçisi Leyla Zakirova iştirak ediblər.

 

 

24 nəfər Asan könüllünün iştirak etdiyi tədbirdə könüllülərə məhkəmələrdə cəlb ediləcəkləri fəaliyyət sahələri üzrə ətraflı məlumat verilib, onları maraqlandıran suallar cavablandırılıb.