Xəbərlər

ƏDLİYYƏ AKADEMİYASI TƏRƏFİNDƏN AVROPA ŞURASI İLƏ BİRGƏ LAYİHƏ ÇƏRÇİVƏSİNDƏ NÖVBƏTİ TƏLİMÇİLƏRİN TƏLİMİ TƏŞKİL EDİLİB

2016-09-02

Ədliyyə Akademiyası və Avropa Şurası tərəfindən“Azərbaycanda məhkəmələrin səmərəliliyinin artırılmasına, hakimlərin təliminin təkmilləşdirilməsinə və məhkəmələrdə özünü-idarəetməyə dəstək” layihəsi çərçivəsində hakimlərin təliminin təkmilləşdirilməsi ilə bağlı növbəti təlimçilərin təlimi təşkil edilib.

 

Cari ilin 1-2 sentyabr tarixlərində “Park İnn” mehmanxanasında keçirilmiş təlimdə 9 hakim və Ədliyyə Akademiyasının 5 Əməkdaşı iştirak edib.

 

Tədbirdə  Avropa Şurasının təlimçisi Otilia Stefania Pacurari tərəfindən böyüklər üçün təlim prinsipləri, böyüklər üçün təlim üslubları, böyüklərin təlimi üçün müvafiq mühitin yaradılması, təlimçi hakimin bacarıqları, təqdim etmə bacarıqları, yaxşı təqdimat nə cür edilməlidir, ənənəvi təqdimatlar, interaktiv təqdimatlar, power-point təqdimatlarının hazırlanma qaydaları, problemlərin həlli, kazuslar, simulyasiyalar və digər mövzular iştirakçıların  diqqətinə çatdırılıb.

 

Sonra maraq doğuran məsələlərə dair müzakirələr keçirilib.