Xəbərlər

HAKİMLƏR ÜÇÜN İXTİSASARTIRMA KURSLARI KEÇİRİLİB

2016-09-09

Sentyabrın 9-da Ədliyyə Akademiyası və Məhkəmə-Hüquq Şurası hakimlər üçün  ixtisasartırma kursu təşkil edib. “Şəhərsalma və Tikinti Məcəlləsinin tətbiqi məsələləri” mövzusunda keçirilmiş ixtisasartırma kursunda 19 birici instansiya məhkəmələrinin hakimi iştirak ediblər.

 

Kursda Ali Məhkəmənin hakimi Əsəd Mirzəliyev, Bakı Apellyasiya Məhkəməsinin hakimləri Vidadi Məmmədov və Həmid Həmidovun mühazirələri dinlənilib.

 

Tədris proqramına uyğun olaraq Şəhərsalma və Tikinti Məcəlləsinin tətbiqi zamanı yol verilən nöqsanlar, Məcəllənin qüvvəyə minməsi ilə əlaqədar yaranan məhkəmə mübahisələri, tikinti qaydaları hüququna giriş kimi mövzular hakimlərin diqqətinə çatdırılıb.