Xəbərlər

ƏDLİYYƏ AKADEMİYASINDA BEYNƏLXALQ QIZIL XAÇ KOMİTƏSİLƏ BİRGƏ TƏLİM KEÇİRİLMİŞDİR

2016-10-07

Cari ilin 6-7 oktyabr tarixində Beynəlxalq Qızıl Xaç Komitəsi və Ədliyyə Nazirliyinin Penitensiar Xidməti ilə  əldə olunmuş razılığa əsasən Ədliyyə Akademiyasında xidmətin orta rütbəli əməkdaşlarıüçün tədris kursu keçirilmişdir.

 

 

 

Kursun açlışında Beynəlxalq Qızıl Xaç Komitəsinin Azərbaycan Respublikasındakı Nümayəndəliyin başçısı Elena Aymone Sessera, Ədliyyə Akademiyasının rektor əvəzi Elçin Xələfov Beynəlxalq Qızıl Xaç Komitəsinin Müdafiə Proqramı üzrə koordinatoru Martin Kelemenis, Penitensiar xidmətin Təşkilat-nəzarət idarəsinin rəisi Musa Hümbətov çıxış etmişlər.

 

 

Təlimdə  Məhkumlarla Davranış üzrə Yenilənmiş Minimal Standart Qaydaları (Mandela Qaydaları), Beynəlxalq Qızıl Xaç Komitəsinin dünya üzrə fəaliyyəti, Təhlükəsizliyiyin möhkəmləndirilməsi – Dinamik təhlükəsizlik,Təhlükəsizliyin möhkəmləndirilməsi- Güc tətbiq edilməsinə ehtiyacın azadılması,Tibbi heyətə aid olmayan əməkdaşlar üçün azadlıqdan məhrum etmə yerlərində sağlamlıq,Tibbi heyətə aid olmayan əməkdaşlar üçün əqli sağlamlıqla əlaqədar maarifləndirmə adlı mövzuların tədrisi Beynəlxalq Qızıl Xaç Komitəsinin Azadlıqdan məhrumetmə yerləri üzrə məsləhətçisi Sara Snell, Komitənin Hüquq məsələləri üzrə məsləhətçi Jalə Əzizova,Komitənin İctimaiyyətlə əlaqədar şöbəsinin müdiri İlahə Hüseynova, Komitənin azadlıqdan məhrum etmə yerləri üzrə həkimi doktor Nazgul Aidraliyeva, və digər məsul şəxslər tərəfindən tədris edilmişdir.

 

 

Yekunda iştirakçılara sertifikatlar təqdim olunmuşdur.