Xəbərlər

ŞƏMKİR RAYONUNDA BƏLƏDİYYƏLƏR ÜÇÜN TƏLİM KEÇİRİLMİŞDİR

2016-10-21

Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyası tərəfindən Şəmkir regional ədliyyə şöbəsi ilə birgə Şəmkir rayonunda bələdiyyə üzvləri və qulluqçularının hüquqi maarifləndirilməsi məqsədilə 21 oktyabr 2016-cı il tarixdə tədris kursu təşkil edilmişdir.

 

 

28 nəfər bələdiyyə sədrləri, üzvləri və qulluqçularının iştirak etdiyi tədris kursunda Akademiyanın məsul əməkdaşları Qalib Məmmədov, Mətanət Əsgərova, Samir Nuriyev tərəfindən Bələdiyyə qulluğu və bələdiyyə qulluqçularının etik davranış məsələləri, Vətəndaşların müraciətləri haqqında Azərbaycan Respublikasının Qanunu,Bələdiyyələrin fəaliyyətində şəffaflığın artırılması və korrupsiya hüquqpozmalarının qarşısının alınması,Azərbaycan Respublikasının Torpaq qanunvericiliyinin tətbiqi və bələdiyyə torpaqlarının idarə edilməsi məsələlərimövzularında məsələlər müzakirə edilmişdir.