Xəbərlər

MƏHKƏMƏ APARATI İŞÇİLƏRİ ÜÇÜN İXTİSASARTIRMA KURSU KEÇİRİLMİŞDİR

2016-10-31

Ədliyyə Akademiyası Avropa Şurası və Avropa İttifaqı tərəfindən Şərq Tərəfdaşlığı ölkələrində həyata keçirilən “Proqramlar üzrə Əməkdaşlıq Çərçivəsi”nin “Azərbaycanda məhkəmələrin səmərəliliyinin artırılmasına, hakimlərin təliminin təkmilləşdirilməsinə və məhkəmələrdə özünü-idarəetməyə dəstək” layihəsinin icrasına başlamışdır.

 

Layihə çərçivəsində “Məhkəmələrdə idarəetmənin səmərəliliyinin artırılması” mövzusunda məhkəmə aparatı işçiləri üçün ilk ixtisasartırma kursu cari ilin 31 oktyabr tarixində Bakı şəhəri Yasamal Rayon Məhkəməsində keçirilmişdir.

 

Kursda Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi,Avropa Şurası Ədalət Mühakiməsinin Səmərəliliyi üzrə Avropa Komissiyasının (CEPEJ) Vitse-Prezidenti Ramin Qurbanov,Ədliyyə Nazirliyinin Təşkilat-Nəzarət baş idarəsinin böyük məsləhətçisi Leyla Zakirova, Sumqayıt Apellyasiya Məhkəməsinin aparat rəhbəri Yaqub Məmmədli və Ədliyyə Akademiyasının Vəkillərin ixtisasartırma və peşəyə buraxılış fakültəsinin baş məsləhətçisi, ədliyyə müşaviriQalib Məmmədovun mühazirələri dinlənilmişdir.

 

24 məhkəmə aparatı işçisinin  iştirak etdiyi tədbirdə CEPEJ alətlərinin və standartlarının anlayışı və onların məhkəmələrin effektiv idarə edilməsində rolu, məhkəmə vaxtının idarə edilməsi və məhkəmə sistemi üzrə statistik məlumatların toplanılması, məhkəmə aparatı işçiləri üçün davranış prinsipləri, “Elektron hökumət” portalının imkanları və istifadəsi üzrə ədliyyə orqanları tərəfindən göstərilən elektron xidmətlər kimi aktual mövzular tədris olunmuşdur.