Xəbərlər

HAKİMLƏR ÜÇÜN TƏLİM KEÇİRİLİB

2016-11-04

Noyabrın 2-4-də "Hyatt Regency" mehmanxanasında AŞ/Aİ Şərq Tərəfdaşlığı Proqram Əməkdaşlığı Çərçivəsində "Azərbaycanda məhkəmələrin səmərəliliyinin artırılmasına, hakimlərin təliminin təkmilləşdirilməsinə və məhkəmələrdə özünüidarəetməyə dəstək" layihəsi üzrə "İdarəçilik və təşkilati inkişafa dair" mövzusunda təlim keçirilib.

 

 

Tədbirdə Ali, Bakı Apellyasiya və Yasamal rayon məhkəmələrinin hakimləri, Məhkəmə-Hüquq Şurasının, Ədliyyə Nazirliyinin, o cümlədən Ədliyyə Akademiyasının, Baş Prokurorluğun Tədris Mərkəzinin, ASAN Xidmətin, Vəkillər Kollegiyasının əməkdaşları iştirak ediblər.

 

 

Təlimdə Avropa Şurasının təlimçiləri Dragomir Yordanovun və Araz Paşayevin idarəçilik mədəniyyəti və onun üslubları, liderlik və idarəetmənin xüsusiyyətləri, effektiv şərhlərin və rəylərin verilməsi, məlumatların idarə olunması, təlimin səmərəliliyinin qiymətləndirilməsi ("kirkpatrick" modeli), Avropa Komissiyasının hakimlər üçün qabaqcıl təcrübələrə dair hesabatı, Ədliyyə Akademiyasının strukturu və təşkili, eləcə də ehtiyacları və imkanları, Akademiyanın təcrübəsində e-təhsil və informasiya vasitələri, donorlar ilə əməkdaşlıq kimi mövzularda mühazirələri dinlənilib.