Xəbərlər

BƏLƏDİYYƏLƏRİN HÜQUQİ MAARİFLƏNDİRİLMƏSİ ÜZRƏ ARDICIL TƏDBİRLƏR GÖRÜLÜR

2016-11-24

Ədliyyə Akademiyası tərəfindən Bərdə regional ədliyyə şöbəsi ilə birgə noyabrın 17-də Bərdə, Ağdam, Ağcabədi, Yevlax, Mingəçevir və Tərtər rayonlarının, Göyçay regional ədliyyə şöbəsi ilə birgə noyabrın 24-də  Yevlax, Ucar, Ağdaş və Kürdəmir rayonlarının bələdiyyə üzvləri və qulluqçuları üçün hüquqi maarifləndirmə tədbirləri təşkil edilib.

 

 

Tədris kurslarında ümumilikdə 140-a yaxın bələdiyyə sədrləri, üzvləri və qulluqçuları iştirak ediblər. Tədbirlərdə Ədliyyə Akademiyasının məsul əməkdaşlarının Bələdiyyə qulluğu və bələdiyyə qulluqçularının etik davranış məsələləri, "Vətəndaşların müraciətləri haqqında" Azərbaycan Respublikasının Qanunu, Bələdiyyələrin fəaliyyətində şəffaflığın artırılması və korrupsiya hüquqpozmalarının qarşısının alınması, Azərbaycan Respublikasının torpaq qanunvericiliyinin tətbiqi və bələdiyyə torpaqlarının idarə edilməsi məsələləri, İstirahət vaxtı və işçilərin məzuniyyət hüquqları mövzularında təqdimatları dinlənilib, maraq doğuran məsələlər üzrə müzakirələr aparılıb.