Xəbərlər

ƏDLİYYƏ AKADEMİYASINDA İXTİSASARTIRMA KURSU KEÇİRİLMİŞDİR

2016-11-17

Noyabrın 17-də  Ədliyyə Akademiyasında “Məhkəmələrdə idarəetmənin səmərəliliyinin artırılması” mövzusunda I instansiya məhkəmələrinin hakimlərinin iştirakı ilə ixtisasartırma kursu keçirilmişdir.

 

 

Kursda Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi, Avropa Şurası Ədalət Mühakiməsinin Səmərəliliyi üzrə Avropa Komissiyasının (CEPEJ) Vitse-Prezidenti Ramin Qurbanov, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin sədri Tofiq Paşayev və Sumqayıt Apellyasiya Məhkəməsinin aparat rəhbəri Yaqub Məmmədlinin mühazirələri dinlənilmişdir.

 

 

Tədris proqramına uyğun olaraq Avropa Şurası Ədalət Mühakiməsinin Səmərəliliyi üzrə Avropa Komissiyası (CEPEJ), hakimlərin etikası ilə bağlı milli və beynəlxalq standartlar (Hakimlərin etik davranış Kodeksi, Hakimlərin davranışı üzrə Banqalor Prinsipləri), Ədalət mühakiməsinin keyfiyyətinin artırılması (məhkəməyə daxil olan işlərin təyin edilməsi və təşkili məsələləri)kimi məsələlər hakimlərin diqqətinə çatdırılmışdır.