Xəbərlər

BƏLƏDİYYƏ ÜZVLƏRİ VƏ QULLUQÇULARININ HÜQUQİ MAARİFLƏNDİRİLMƏSİ MƏQSƏDİLƏ TƏDRİS KURSU KEÇİRİLİB

2016-11-29

Noyabrın 28-29-da Ədliyyə Akademiyasında Bakı şəhəri və Naxçıvan Muxtar Respublikası üzrə bələdiyyə üzvləri və qulluqçuları üçün də tədris kursu təşkil olunub.

 

 

Bələdiyyə nümayəndələrinin hüquqi maarifləndirilməsi məqsədilə keçirilən tədbirdə Ədliyyə Nazirliyinin, o cümlədən Akademiyanın məsul əməkdaşları iştirak edib və tədris proqramına uyğun olaraq müxtəlif aktual mövzular üzrə mühazirələr oxunub.

 

 

Kursda Yerli (bələdiyyə) vergi və ödənişlərin yığılmasında bələdiyyələrin hüquq və vəzifələri, Yerli büdcənin tərtibi və xərcləri,  Dövlət və bələdiyyə orqanlarında, dövlət və ya bələdiyyə mülkiyyətində olan və ya paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə və ya bələdiyyəyə məxsus olan hüquqi şəxslərdə və büdcə təşkilatlarında  vətəndaşların müraciətləri ilə bağlı kargüzarlığın aparılması Qaydası, İstirahət vaxtı və işçilərin məzuniyyət hüquqları, Bələdiyyə qulluqçularının etik davranış qaydaları, Bələdiyyələrin fəaliyyətində şəffaflığın artırılması və korrupsiya hüquqpozmalarının qarşısının alınması, Yerli özünüidarəetmə haqqında Avropa Xartiyası bələdiyyə hüququnun mənbəyi kimi və "Vətəndaşların müraciətləri haqqında" Azərbaycan Respublikasının Qanunu və digər aktual mövzular tədris olunub, mühazirələr dinlənilib.

 

 

Təlimin sonunda dinləyicilər tərəfindən tədris olunmuş mövzularla bağlı sorğu anketləri doldurulub.