Xəbərlər

ƏDLİYYƏ AKADEMİYASINDA HAKİMLƏR ÜÇÜN İXTİSASARTIRMA KURSU KEÇİRİLMİŞDİR

2016-11-25

Cari ilin 25 noyabr tarixində Ədliyyə Akademiyasında 17 hakimin iştirakı ilə “İnsan alveri və əlaqədar cinayət işlərinə məhkəmə qaydasında baxılması” mövzusunda ixtisasartırma kursu keçirilmişdir.

 

 

Kursda Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Mayıl Bayramov və  Ədliyyə Akademiyası Cinayət prosesi, kriminalistika və məhkəmə ekspertizası kafedrasının baş müəllimi Mətanət Əsgərovanın mühazirələri dinlənilmişdir.

 

 

Tədris proqramına uyğun olaraq insan alveri cinayətlərinin tövsifi məsələləri, insan alveri ilə bağlı işlər üzrə icraatın xüsusiyyətləri kimi məsələlər müzakirə edilmişdir.