Xəbərlər

BƏLƏDİYYƏ ÜZVLƏRİ VƏ BƏLƏDİYYƏ QULLUQÇULARI ÜÇÜN NÖVBƏTİ TƏDRİS KURSU TƏŞKİL EDİLMİŞDİR

2016-12-07

Dekabrın 7-də Ədliyyə Akademiyası tərəfindən Xaçmaz regional ədliyyə şöbəsi ilə birgəXaçmaz şəhərində Xaçmaz, Siyəzən,Qusar,Şabran və Quba rayonlarının bələdiyyə üzvləri və bələdiyyə qulluqçularının hüquqi maarifləndirilməsi məqsədilə tədris kursu təşkil edilmişdir.

 

 

63 nəfərbələdiyyə sədrləri və  qulluqçularının iştirak etdiyi tədris kursunda Ədliyyə Akademiyasının Vəkillərin ixtisasartırma və peşəyə buraxılış fakültəsinin baş məsləhətçisi Qalib Məmmədov tərəfindən “Bələdiyyə qulluğu və bələdiyyə qulluqçularının etik davranış məsələləri”, “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikasının Qanunu, Cinayət prosesi, kriminalistika və məhkəmə ekspertizası kafedrasının baş müəllimi, hüquq üzrə fəlsəfə doktoru, ədliyyə müşaviriMətanət Əsgərova tərəfindən “Bələdiyyələrin fəaliyyətində şəffaflığın artırılması və korrupsiya hüquqpozmalarının qarşısının alınması”,Bələdiyyə, dövlət və qeyri-dövlət qurumları üçün hüquqi hazırlıq fakultəsinin baş məsləhətçisi, I dərəcəli ədliyyə qulluqçusu Samir Nuriyev tərfindən “Azərbaycan Respublikasının torpaq qanunvericiliyinin tətbiqi və bələdiyyə torpaqlarının idarə edilməsi məsələləri” mövzularında mühazirələr oxunmuşdur.

 

 

Təlimin sonunda dinləyicilərə keçirilən mövzulara münasibətlərini öyrənmək məqsədilə sorğu keçirilmişdir.