Xəbərlər

BİRLƏŞMİŞ MİLLƏTLƏR TƏŞKİLATININ QAÇQINLAR ÜZRƏ ALİ KOMİSSARLIĞININ TƏŞKİLATÇILIĞI İLƏ TƏLİM KEÇİRİLİB

2016-12-09

Dekabrın 8-9-da Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığının təşkilatçılığı ilə "Hyatt Regency" mehmanxanasında "Sığınacaq axtaranların himayəsi" mövzusunda təlim keçirilib.

 

 

Təlimdə birinci instansiya məhkəmələrinin və Bakı Apellyasiya Məhkəməsinin 16 hakimi və Ədliyyə Akademiyasının 8 əməkdaşı iştirak edib.

 

 

Təlim zamanı qaçqın statusunun müəyyənləşdirilməsi üzrə milli prosedur, hakimlərin peşə statusu və maraqlar münaqişəsi, hakimlərin prosesdən kənarlaşdırılması və ya imtinası, sığınacaq məsələsi ilə bağlı qərarların çıxarılması, bu proseslərdə səmərəli hüquqi müdafiə vasitələri ilə təmin edilmə hüququ və məhkəmə nəzarəti məsələləri barədə çıxılar dinlənilib.

 

 

Həmçinin rəsmi araşdırma prinsipi, sığınacaq məsələsinə aid baxılmamış qalan işlərin öhdəsindən gəlmə, iş yükünün azaldılması və yubanmaların qarşısının alınması, qanunla və hakimlər tərəfindən müəyyən edilən müddətlər, qaçqınlara dair beynəlxalq hüquq və milli qanunvericilik, qaçqınların himayəsinin tətbiq sahəsi, ölkədaxili himayə, təhlükəsiz üçüncü ölkəyə göndərmə, qaçqın statusu verilmiş şəxslərin hüquqi vəziyyəti, deportasiyanın və ölkədə yaşamaq icazəsinə xitam verilməsinin qadağan olunması kimi məsələlər dinləyicilərin diqqətinə çatdırılıb.