Xəbərlər

BƏLƏDİYYƏ ÜZVLƏRİ VƏ QULLUQÇULARININ HÜQUQİ MAARİFLƏNDİRİLMƏSİ MƏQSƏDİLƏ TƏDRİS KURSU KEÇİRİLİB

2016-12-16

Dekabrın 12-13-də və 15-16-da Bakı şəhəri və Abşeron rayonu üzrə bələdiyyə üzvləri və qulluqçularının  hüquqi maarifləndirilməsi məqsədilə Ədliyyə Akademiyasında tədris kursu keçirilib.

 

 

Tədris proqramına uyğun olaraq Yerli (bələdiyyə) vergi və ödənişlərin yığılmasında bələdiyyələrin hüquq və vəzifələri, Yerli büdcənin tərtibi və xərcləri, İstirahət vaxtı və işçilərin məzuniyyət hüquqları, Bələdiyyə qulluqçularının etik davranış qaydaları, Bələdiyyələrin fəaliyyətində şəffaflığın artırılması və korrupsiya hüquqpozmalarının qarşısının alınması, "Yerli özünüidarəetmə haqqında" Avropa Xartiyası bələdiyyə hüququnun mənbəyi kimi, "Vətəndaşların müraciətləri haqqında" Azərbaycan Respublikasının Qanunu və "Dövlət və bələdiyyə orqanlarında, dövlət və ya bələdiyyə mülkiyyətində olan və ya paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə və ya bələdiyyəyə məxsus olan hüquqi şəxslərdə və büdcə təşkilatlarında  vətəndaşların müraciətləri ilə bağlı kargüzarlığın aparılması Qaydası" mövzuları üzrə mühazirələr oxunub.