Xəbərlər

ƏDLİYYƏ AKADEMİYASI VƏKİLLƏR ÜÇÜN TƏLİM KEÇİRİB

2017-01-27

Yanvarın  24-27-də Ədliyyə Akademiyası və Avropa Şurası tərəfindən “Avropa İnsan Hüquqları Konvensiyası və Avropa İnsan Hüquqları Məhkəməsinin presedent hüququnun tətbiqi" layihəsi çərçivəsində Bakıda, "Excelicior" mehmanxanasında vəkillər üçün dörd günlük  təlim keçirilib.

 

Vəkillər Kollegiyasının 50-dək üzvünün cəlb olunduğu tədbirdə təlimçilər üçün təlim proqramının iştirakçıları tərəfindən Avropa Məhkəməsinə müraciət şərtləri və qaydası və Avropa Konvensiyası çərçivəsində mülkiyyət hüququ mövzuları tədris olunub, iştirakçıları maraqlandıran suallar ətrafında səmərəli müzakirələr aparılıb.