Xəbərlər

“AZƏRBAYCANDA MƏHKƏMƏLƏRİN SƏMƏRƏLİLİYİNİN ARTIRILMASINA DAİR” TƏLİM KEÇİRİLMİŞDİR

2017-03-01

“AZƏRBAYCANDA MƏHKƏMƏLƏRİN SƏMƏRƏLİLİYİNİN ARTİRİLMASINA, HAKİMLƏRİN TƏLİMİNİN TƏKMİLLƏŞDİRİLMƏSİNƏ VƏ MƏHKƏMƏLƏRDƏ ÖZÜNÜ-İDARƏETMƏYƏ DƏSTƏK” LAYİHƏSİ ÇƏRÇİVƏSİNDƏ “MÜASİR STATİSTİK TƏHLİL ALƏTLƏRİNİN TƏTBİQİNƏ VƏ TƏQDİMAT BACARIQLARININ İNKİŞAF ETDİRİLMƏSİNƏ DAİR” TƏLİM KEÇİRİLMİŞDİR

 

Cari ilin 27 fevral – 1 mart tarixlərində AŞ/Aİ Şərq tərəfdaşlığı ölkələrində həyata keçirilən “Proqramlar üzrə Əməkdaşlıq Çərçivəsində” “Azərbaycanda məhkəmələrin səmərəliliyinin artırılmasına, hakimlərin təliminin təkmilləşdirilməsinə və məhkəmələrdə özünü-idarəetməyə dəstək” layihəsi ilə əlaqədar “Müasir statistik təhlil alətlərinin tətbiqinə və təqdimat bacarıqlarının inkişaf etdirilməsinə dair” təlim keçirilmişdir.

 

Keçirilmiş təlimdə Ədliyyə Nazirliyinin, Məhkəmə Hüquq Şurasının, Ədliyyə Akademiyasının, Baş Prokurorluğun Elm-Tədris Mərkəzinin, ASAN Xidmətin əməkdaşları iştirak etmişdir.

 

Təlim zamanı Avropa Şurasının təlimçisi Araz Paşayev  tərəfindən təhlilin məqsədləri və alətləri, təhlilin strukturu və tərkib elementləri, tədris nəticələrinin təhlili və tərkib komponentləri, statistik göstəricilər və keyfiyyət üzrə təhlillər, SPSS təhlil platforması, Excel proqramı üzərində təhlil cədvəllərinin qurulması, hesabatların strukturu və tərkib elementləri, Ədliyyə Akademiyasının fəaliyyəti üzrə statistik təhlil cədvəllərinin quruluşu üzrə praktiki işin həll edilməsi, təqdimatın məqsədi və növləri, təqdimat proqramları və onların istifadə standartları, natiqlik və səlis nitq bacarıqları, peşəkar təqdimatlar, təlim iştirakçıları tərəfindən müxtəlif mövzularda praktiki şəkildə təqdimatların keçirilməsi, verbal və qeyri-verbal kommunikasiya kanalları kimi məsələlər iştirakçıların diqqətinə çatdırılmışdır.