Xəbərlər

“MƏHKƏMƏLƏRDƏ İDARƏETMƏNİN SƏMƏRƏLİLİYİNİN ARTIRILMASI” MÖVZUSUNDA HAKİMLƏR ÜÇÜN TƏDRİS KURSU KEÇİRİLMİŞDİR

2017-02-28

Cari ilin 28 fevral tarixində Ədliyyə Akademiyası və Avropa Şurasının birgə təşkilatçılığı ilə Ədliyyə Akademiyasında hakimlər üçün “Məhkəmələrdə idarəetmənin səmərəliliyinin artırılması” mövzusunda tədris kursu keçirilmişdir.

 

Keçirilmiş kursda 21 hakim iştirak etmişdir.

 

Kursda Sumqayıt Apellyasiya Məhkəməsinin sədri Səadət Bəktaşinin və Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin sədri Tofiq Paşayevin məruzələri dinlənilmişdir.

           

Kurs zamanı hakimlərə hakimlərin etikası ilə bağlı milli və beynəlxalq standartlar (Hakimlərin etik davranış Kodeksi, Hakimlərin davranışı üzrə Banqalor Prinsipləri), ədalət mühakiməsinin keyfiyyətinin artırılması (məhkəməyə daxil olan işlərin təyin edilməsi və təşkili məsələləri)  ilə bağlı mövzular  tədris olunmuşdur.