Xəbərlər

İCRA MƏMURLARI ÜÇÜN “İNFORMASİYA-KOMMUNİKASİYA TEXNOLOGIYALARININ MÜASİR İMKANLARI VƏ ƏDLİYYƏ ORQANLARINDA TƏTBİQİ MƏSƏLƏLƏRİ” MÖVZUSUNDA TƏLİM KEÇİRİLMİŞDİR

2017-03-17

İcra məmurları üçün 16-17.03.2017-ci il tarixlərində Qeydiyyat və notariat baş  idarəsində ixtisasartırma kursu keçirilmişdir.

 

Tədris kursunun proqramına uyğun olaraq “Ədliyyə Nazirliyində tətbiq olunan informasiya sistemləri”, “Ədliyyə orqanlarında elektron sənəd dövriyyəsi sisteminin təşkili və tətbiqi məsələləri”, “Açıq hökumətin təşviqinə dair 2016-2018-ci illər üçün Milli Fəaliyyət Planı”nı və ədliyyə orqanları qarşısında duran vəzifələr”, “Elektron imza və onun tətbiqi məsələləri”, “Elektron hökumət, elektro xidmətlərin mahiyyəti və fəaliyyət prinsipləri. Ədliyyə Nazirliyi tərəfindən həyata keçirilən elektron xidmətlər”, “Kompüterlərdən istifadə bacarıqlarının inkişaf etdirilməsi üzrə məşğələ” və s. mövzular üzrə mühazirələr oxunmuşdur.

 

Proqramda nəzərdə tutulmuş mövzuların tədrisi Ədliyyə Nazirliyinin Qeydiyyat və notariat baş idarəsinin, Katibliyin və Azərbaycan Respublikası Əhalisinin Dövlət Reyestri Xidmətinin müvafiq əməkdaşları tərəfindən həyata keçirilmişdir.

 

İxtisasartırma kursunda 16 nəfər dinləyici iştirak etmişdir.