Xəbərlər

AVROPA ŞURASI VƏ ƏDLİYYƏ AKADEMİYASININ BİRGƏ TƏŞKİLATÇILIĞI İLƏ ŞİRVAN ŞƏHƏRİNDƏ “AVROPA İNSAN HÜQUQLARI KONVENSİYASI VƏ İNSAN HÜQUQLARI MƏHKƏMƏSİNİN PRESEDENT HÜQUQUNUN TƏTBİQİ” ADLI LAYİHƏNİN İCRASI İLƏ BAĞLI VƏKİLLƏR ÜÇÜN KASKAD KEÇİRİLMİŞDİR

2017-03-17

Ədliyyə Akademiyası və Avropa Şurası 2014-2016-cı illər  Azərbaycan üçün Fəaliyyət Planının bir hissəsi olan “Avropa İnsan Hüquqları Konvensiyası və Avropa İnsan Hüquqları Məhkəməsinin presedent hüququnun tətbiqi” adlı yeni Layihənin icrası ilə əlaqədar Bakı şəhəri və regionlarda silsilə təlimlər həyata keçirilir.

 

Bununla əlaqədar olaraq, Vəkillər Kollegiyasınin üzvləri üçün  16-17 mart 2017-ci il tarixdə Şirvan şəhərində vəkillər üçün  “Avropa İnsan Hüquqları Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsi (Mülkiyyətin müdafiəsi) mövzusunda iki günlük  təlim təşkil edilmişdir. Təlimə Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Şirvan şəhəri və ətraf regionlarından 27 üzvü cəlb edilmişdir. Təlim proqramında nəzərdə tutulmuş mövzuların tədrisi bu layihə çərçivəsində keçirilmiş təlimçilər üçün təlim proqramının iştirakçıları Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvləri Əhməd Fərhadov, Azər Nağıyev, Ədliyyə Akademiyasının əməkdaşları Nuranə İbadova və Şəlalə Quluzadə tərəfindən həyata keçirilmişdir.

 

Təlimdə 16 nəfər vəkil, 17 mart 2017-ci il tarixdə keçirilmiş təlimdə 12  nəfər vəkil iştirak etmişdir.