Xəbərlər

AVROPA İNSAN HÜQUQLARI KONVENSİYASININ 13-CÜ MADDƏSİ İLƏ BİRGƏ GÖTÜRÜLMƏKLƏ KONVENSİYANIN 2-Cİ VƏ 3-CÜ MADDƏLƏRİ” MÖVZUSUNDA TƏLİM KEÇİRİLMİŞDİR

2017-03-31

Cari ilin 30-31 mart tarixlərində “Park İnn” mehmanxanasında “Avropa İnsan Hüquqları Konvensiyasının 13-cü maddəsi ilə birgə götürülməklə Konvensiyanın 2-ci və 3-cü maddələri” mövzusunda təlim keçirilmişdir.

 

Təlimin açılışında Ədliyyə Akademiyasının rektoru vəzifəsini icra edən Elçin Xələfov və  Avropa Şurasının layihə icraçısı Vəfa Rövşənova çıxış etmişdir.

 

Keçirilmiş təlimdə apellyasiya və I instansiya məhkəmələrinin hakimləri olmaqla 20 hakim iştirak etmişdir.

 

Təlim zamanı Konvensiyanın 2-ci maddəsi: əhatə dairəsi, maddi hüquqi aspektləri,  eksterritorial tətbiqi (ekstradisiya, ölkədən çıxarılma və deportasiya), güc  tətbiqi və 2-ci maddənin 2-ci bəndindən istisnalar, dövlət nümayəndələri tərəfindən ölümlə nəticələnə bilən güc tətbiqi,  Beynəlxalq silahlı münaqişədə güc tətbiqi, həyata təhlükə yaradan digər vəziyyətlərdə həyatı qorumaq öhdəliyi, 2-ci maddə altında dövlətin prosedur öhdəlikləri, Konvensiyanın 3-cü maddəsi: işgəncə, qeyri-insani və ləyaqəti alçaldan rəftar və ya cəza, 3-cü maddənin prosessual aspektləri, dövlətin pozitiv və neqativ öhdəlikləri, sübutetmə standartı,  Konvensiyanın 13-cü maddəsi: səmərəli hüquqi müdafiə vasitələri hüququ, Konvensiyanın 13-cü maddəsi ilə birgə götürülməklə Konvensiyanın 2-ci və 3-cü maddələri  kimi məsələlər hakimlərin diqqətinə çatdırılmış, mövzu ilə bağlı kazuslar müzakirə edilmişdir.