Xəbərlər

ƏDLİYYƏ AKADEMİYASINDA İCRA MƏMURLARI ÜÇÜN “İCRA İŞİNİN TƏKMİLLƏŞDİRİLMƏSİNİN AKTUAL MƏSƏLƏLƏRI” VƏ “ETİKA VƏ ÜNSİYYƏT” MÖVZULARINDA TƏLİM KEÇİRİLMİŞDİR

2017-04-28

26-28.04.2017-ci il tarixlərində Ədliyyə Akademiyasında  icra məmurları üçün “İcra işinin təkmilləşdirilməsinin aktual məsələləri”, 27-28.04.2017-ci il tarixində isə ”Etika və ünsiyyət”  mövzularında qısamüddətli təlimlər keçirilmişdir.

 

Təlim kurslarının proqramı Ədliyyə Akademiyası tərəfindən hazırlanmış və Ədliyyə Nazirliyinin Kadrlar idarəsi ilə razılaşdırılmışdır.

 

Proqramlarda nəzərdə tutulmuş mövzuların tədrisi Ədliyyə Akademiyasının və Ədliyyə Nazirliyi İcra baş idarəsinin müvafiq əməkdaşları tərəfindən həyata keçirilmişdir.

 

İcra işinin təkmilləşdirilməsi mövzusunda keçirilən tədris kursunun proqramına “Avropa İnsan hüquqları Məhkəməsinin məhkəmə qərarlarının icrası məsələsinə Avropa Konvensiyası baxımından münasibəti”, “Yerli icra qurumlarında kargüzarlıq işinin təşkili”, “Məhkəmə qərarını qərəzli olaraq icra etməyən borclu şəxslərin cinayət məsuliyyətinə cəlb edilməsi haqqında materialların toplanmasına dair tələblər”, “Probasiya (azadlıqdan məhrumetməyə alternativ sanksiyaların tətbiqi)”, “İcra məmurları tərəfindən yol verilən xarakterik nöqsanlar və onların aradan qaldırılması üzrə görülən tədbirlər”, “Azərbaycan Respublikası icra qanunvericiliyində son illərdə edilmiş edilmiş dəyişikliklər və onların mahiyyəti”, və s. mövzular daxil edilmişdir.

 

“Etika və ünsiyyət” mövzusunda keçirilən təlim kursunun proqramına isə “Ünsiyyətin anlayışı.Ünsiyyət prosesində insanların biri digərini qavraması və anlaması. İlk təəsürat və onun əhəmiyyəti”, “Ünsiyyət prosesində psixoloji təsir məsələləri. Ünsiyyəti asanlaşdıran və çətinləşdirən amillər”, “Şəxsiyyətin özünütənzimi. Distress və onunla mübarizə aparmanın yolları”, “Şəxsiyyətlərarası qarşılıqlı münasibətlər. Konfliktlər və onların həlli metodları”, “Ədliyyə orqanları işçilərinin etik davranış Qaydalarının tələbləri və bu Qaydaların pozulmasına görə məsuliyyət”, “Korrupsiyaya qarşı mübarizə və ədliyyə işçisinin fəaliyyətində maraqların toqquşmasının qarşısının alınması” mövzuları üzrə 6 saat həcmində tədris yükü nəzərə tutulmuşdur və bu tədris yükü tam yerinə yetirilmişdir.

 

 

Təlimlər ümumilikdə  37 nəfər dinləyicinin iştirakı ilə keçirilmişdir.