Xəbərlər

BƏLƏDİYYƏLƏRİN HÜQUQİ MAARİFLƏNDİRİLMƏSİ ÜÇÜN ARDICIL TƏDBİRLƏR GÖRÜLÜR

2017-04-20

Ədliyyə Akademiyası Bakı şəhəri və Abşeron rayonu üzrə bələdiyyə üzvləri və qulluqçularının hüquqi maarifləndirilməsi məqsədilə cari ilin aprel ayının 13-14 və 19-20-də Bakı şəhərində, 3-4–də Vergilər Nazirliyi ilə Ədliyyə Nazirliyinin qarşılıqlı əməkdaşlığı çərçivəsində, Vergilər Nazirliyinin Tədris Mərkəzində, 6-da isə Şəki regional ədliyyə idarəsi ilə birgə  Oğuz rayonunda  Şəki ,Oğuz və  Qəbələ  rayonlarının bələdiyyə üzvləri və qulluqçularının hüquqi  maarifləndirilməsi məqsədilə tədris kursları təşkil etmişdir.

 

 

Təşkil edilmiş tədris kurslarında ümumilikdə 116 nəfər dinləyici iştirak etmişdir. Bələdiyyə üzvü və qulluqçularının hüquqi maarifləndirilməsi Ədliyyə Akademiyası tərəfindən hazırlanmış və  Bələdiyyələrlə  iş  Mərkəzi ilə  razılaşdırılmış  proqrama əsasən həyata keçirilmişdir. Tədris  proqramına əsasən Ədliyyə  əməkdaşları tərəfindən  “Bələdiyyə qulluğuna qəbulun müsabiqə yolu ilə həyata keçirilməsi və bələdiyyə qulluqçularının etik davranış qaydaları”,“Bələdiyyələrdə və bələdiyyə müəssisələrində kargüzarlığın təşkili”, Bələdiyyə, dövlət və qeyri-dövlət qurumları üçün hüquqi hazırlıq fakultəsinin  baş  məsləhətçisi, “İstirahət vaxtı  və işçilərin  məzuniyyət  hüquqları”,” Əmək müqaviləsinin bağlanması, dəyişdirilməsi  və  xitam  olunması”,           “Bələdiyyələrin  fəaliyyətində  şəffaflığın   artırılması  və  korrupsiya hüquqpozmalarının qarşısının alınması” , “Yerli  (bələdiyyə)  vergi  və  ödənişlərin yığılmasında  bələdiyyələrin  hüquq  və  vəzifələri”,   “İnsan hüquqlarının qorunmasında bələdiyyələrin rolu”    və  Ədliyyə Nazirliyi  Katibliyinin  baş  məsləhətçisi, kiçik ədliyyə müşaviri Lalə Xəlilova tərəfindən “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikası Qanunundan irəli gələn vəzifələr” mövzuları üzrə mühazirələr oxunmuşdur.