Xəbərlər

MƏHKƏMƏ APARATI İŞÇİLƏRİ ÜÇÜN ŞİRVAN REGİONAL ƏDLİYYƏ İDARƏSİNDƏ İXTİSASARTIRMA KURSU KEÇİRİLMİŞDİR

2017-04-18

Məhkəmə aparatı işçiləri üçün 18 aprel 2017-ci il tarixdə Şirvan regional ədliyyə idarəsində ixtisasartırma kursu keçirilmişdir. Məhkəmə aparatı işçilərinə ixtisasartırma kursunun keçirilməsi üçün  tədris proqramı hazırlanmış və həmin proqramda “İnsan Hüquqlarının və Əsas Azadlıqların Müdafiəsi haqqında Avropa Konvensiyası və Avropa İnsan Hüquqları Məhkəməsi: Ümumi baxış,” “ Ədalətli məhkəmə araşdırması hüququnun tətbiq dairəsi”, “Ədalətli məhkəmə araşdırması hüququ üzrə təqsirləndirilən şəxsin təminatları”  barədə mövzular nəzərdə tutulmuşdur

 

Tədris proqramında nəzərdə tutulmuş mövzuların tədrisi Ədliyyə Akademiyasının əməkdaşları tərəfindən həyata keçirilmişdir.

 

İxtisasartırma kursunda Yardımlı, Xocavənd, Ağsu, Astara, Laçın, Cəlilabad, Biləsuvar, Füzuli, Zərdab, Salyan, Ucar, İmişlı, Beyləqan, Lənkəran, Şirvan, Hacıqabul, Neftçala, Kürdəmir, Ağcabədi, Masallı, Sabirabad, Lerik, Saatlı, Cəbrayıl rayon məhkəmələrindən ümumilikdə  45 nəfər məhkəmə aparatı işçisinin iştirakı etmişdir.