Xəbərlər

AVROPA ŞURASININ 2014-2016-CI İLLƏR AZƏRBAYCAN ÜÇÜN FƏALİYYƏT PLANININ BİR HİSSƏSİ OLAN “AVROPA İNSAN HÜQUQLARI KONVENSİYASI VƏ AVROPA İNSAN HÜQUQLARI MƏHKƏMƏSİNİN PRESEDENT HÜQUQUNUN TƏTBİQİ” ADLI LAYIHƏ ÇƏRÇİVƏSİNDƏ VƏKİLLƏR ÜÇÜN TƏLİM KEÇİRİLMİŞDİR

2017-04-21

Ədliyyə Akademiyası və Avropa Şurası 2014-2016-cı illər  Azərbaycan üçün Fəaliyyət Planının bir hissəsi olan “Avropa İnsan Hüquqları Konvensiyası və Avropa İnsan Hüquqları Məhkəməsinin presedent hüququnun tətbiqi” adlı yeni Layihənin icrası ilə əlaqədar Bakı şəhəri və regionlarda silsilə təlimlər həyata keçirilir.

 

Bununla əlaqədar olaraq, Avropa Şurasının (AŞ) Azərbaycandakı ofisi Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinə müraciət edərək, Ədliyyə Akademiyası ilə əməkdaşlıqda Vəkillər Kollegiyasınin üzvləri üçün  20-21 aprel 2017-ci il tarixdə Bakı şəhərində vəkillər üçün  “Avropa İnsan Hüquqları Konvensiyasının 3-cü maddəsi (İşgəncələrin qadağan olunması) və 5-ci maddə (Azadlıq və toxunulmazlıq hüququ) mövzusunda iki günlük  təlim keçiriləcəyi bildirilmişdir. Təlimə Azərbaycan Respublikası Vəkillər Kollegiyasının 41 üzvü cəlb edilmişdir. Təlim proqramında nəzərdə tutulmuş mövzuların tədrisi Avropa Şurasının beynəlxalq eksperti xanım Lilian Apostol və bu layihə çərçivəsində keçirilmiş təlimçilər üçün təlim proqramının iştirakçıları Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvləri tərəfindən həyata keçirilmişdir.

 

20-21 aprel 2017-ci il tarixdə keçirilmiş təlimlərdə ümumilikdə 35 nəfər vəkil iştirak etmişdir.