Xəbərlər

ƏDLİYYƏ AKADEMİYASI VƏ ABŞ-IN AZƏRBAYCANDAKI SƏFİRLİYİNİN BİRGƏ TƏŞKİLATÇILIĞI İLƏ HAKİMLƏR ÜÇÜN “ƏQLİ MÜLKİYYƏT HÜQUQLARI ÜZRƏ MƏHKƏMƏ DİALOQU” MÖVZUSUNDA SEMİNAR KEÇİRİLMİŞDİR

2017-04-27

Cari ilin 25-27 aprel tarixlərində “Hyatt Regency”  mehmanxanasında hakimlər üçün Amerika Birləşmiş Ştatları Patent və Ticarət Markası İdarəsi tərəfindən ABŞ-ın Azərbaycandakı səfirliyinin vasitəçiliyi ilə “Əqli Mülkiyyət Hüquqları üzrə Məhkəmə Dialoqu” mövzusunda seminar keçirilmişdir.

 

Seminarın açılışında Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Ədliyyə Akademiyasının rektoru vəzifəsini icra edən cənab Elçin Xələfov və ABŞ-ın Azərbaycandakı səfiri səlahiyyətlərini icra edən cənab Villiam Gill çıxış etmişdir.

 

Keçirilmiş seminarda apellyasiya və I instansiya məhkəmələrinin hakimləri olmaqla 14 hakim iştirak etmişdir.

 

Seminarda Bakı Apellyasiya Məhkəməsinin hakimi Toğrul Əliyev və Bakı Dövlət Universitetinin Mülki Hüquq kafedrasının dosenti, hüquq üzrə fəlsəfə doktoru Azad Talıbovun Azərbaycan Respublikasının əqli mülkiyyət sahəsində qanunvericiliyi və bu sahədə meydana çıxan praktiki problemlər mövzusunda təqdimatları dinlənilmişdir.

 

 

Seminar zamanı əqli mülkiyyətin qorunmasının vacibliyi, ABŞ və Azərbaycanın hüquq sistemlərinə baxış, ABŞ və Azərbaycanın mövcud əqli mülkiyyət qanunvericiliyinə baxış, ticarət sirrləri, əqli mülkiyyət cinayətlərinin istintaqı və araşdırılması, elektron sübutların toplanması və istifadəsi, aktivlərin müsadirəsi, mübahisələrin alternativ həlli kimi məsələlər hakimlərin diqqətinə çatdırılmış, mövzu ilə bağlı kazuslar müzakirə edilmiş və çalışmalar həyata keçirilmişdir. Seminarin yekununda hakimlərə iştirakla bağlı sertifikat təqdim edilmişdir.