Xəbərlər

AKADEMİYADA TİBB XİDMƏİINİN ƏMƏKDAŞLARI ÜÇÜN DƏ TƏLİM TƏŞKİLİ EDİLİB

2017-05-26

Akademiyada Tibb xidmətinin əməkdaşları üçün də təlim təşkili edilib. "Mülki  müdafiə işinin təşkili" mövzusunda keçirilmiş təlimdə 20 nəfər iştirak edib.

 

Nazirliyin Penitensiar xidmətinin Təlim mərkəzinin müəllim heyəti dinləyicilərə "Mülki müdafiə haqqında Azərbaycan Respublikasının qanunvericiliyi və bu işin təşkili məsələləri", "Mülki müdafiə sahəsində ədliyyə orqanlarının və işçilərinin vəzifələri, bununla bağlı həyata keçirilmiş tədbirlər", "Xüsusi texniki vasitələr və onların tətbiqi qaydaları" mövzuları üzrə mühazirələr oxuyublar.