Xəbərlər

HAKİMLƏR ÜÇÜN İXTİSASARTIRMA KURSU KEÇİRİLİB

2017-07-07

 Ölkəmizdə ədalət mühakiməsinin səmərəliliyinin artırılması üzrə həyata keçirilən islahatlar çərçivəsində hakimlərin tədrisinə xüsusi diqqət yetirilərək, bu sahədə Avropanın ən mütərəqqi modellərindən istifadə olunur, hakimlərlə sorğular keçirilərək onların tədrisinə ehtiyac bildikləri sahələr və mövzular öyrənilməklə tədris proqramları hazırlanır və Ədliyyə Akademiyası tərəfindən, o cümlədən beynəlxalq təşkilatlarla birgə mütəmadi tədris tədbirləri keçirilir.

 

İyulun 7-də Bakı şəhəri Sabunçu Məhkəmə Kompleksində  “Məhkəmələrdə müasir informasiya-kommunikasiya texnologiyalarının tətbiqi məsələləri”  mövzusunda ixtisasartırma kursu keçirilib.

 

 

 

11 hakimin iştirak etdiyi kursda “Elektron məhkəmə” informasiya sisteminin yaradılması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı və məhkəmə fəaliyyətində müasir texnologiyaların tətbiqi, elektron hökumət, məhkəmələrdə müxtəlif kompüter proqramlarından istifadənin əhəmiyyəti kimi məsələlər barədə təqdimatlar keçirilib, hakimləri maraqlandıran suallar ətraflı cavablandırılıb.