Xəbərlər

GƏNCƏ ŞƏHƏRİNDƏ VƏKİLLƏR ÜÇÜN TƏLİM KEÇİRİLİB

2017-07-20

Avropa Şurasının Azərbaycan üçün Fəaliyyət Planı əsasında həyata keçirilən “Avropa İnsan Hüquqları Konvensiyası və Avropa İnsan Hüquqları Məhkəməsinin presedent hüququnun tətbiqi” layihəsi çərçivəsində Ədliyyə Akademiyası tərəfindən paytaxtda və regionlarda silsilə təlimlər keçirilir.

 

İyulun 19-20-də Gəncə şəhərində vəkillər üçün “Avropa İnsan Hüquqları Konvensiyasının 2-ci maddəsi (Yaşamaq hüququ) və 5-ci maddəsi (Azadlıq və toxunulmazlıq) mövzusunda iki günlük  təlim keçirilib. Ümumilikdə 30  nəfər vəkilin qatıldığı təlimdə müvafiq mövzular bu layihə çərçivəsində keçirilmiş təlimçilər üçün təlim proqramının iştirakçıları tərəfindən tədris olunub.