Xəbərlər

MƏHKƏMƏ APARATI İŞÇİLƏRİ ÜÇÜN İXTİSASARTIRMA KURSU KEÇİRİLİB

2017-07-20

İyulun 20-də Gəncə şəhəri Nizami Rayon Məhkəməsində Gəncə  Apellyasiya Məhkəməsinin yurisdiksiyasına aid olan birinci instansiya məhkəmə aparatı işçiləri üçün “Avropa İnsan Hüquqları Konvensiyasının 6-cı maddəsi (Ədalətli məhkəmə araşdırması hüququ)” mövzusunda  ixtisasartırma kursu keçirilib.

 

35-dək əməkdaşın cəlb olunduğu kursda tədris proqramına uyrun olaraq “İnsan Hüquqlarının və əsas Azadlıqların Müdafiəsi haqqında Avropa Konvensiyası və Avropa İnsan Hüquqları Məhkəməsi: ümumi baxış”, “Ədalətli məhkəmə araşdırması hüququnun tətbiqi dairəsi”, “Ədalətli məhkəmə araşdırması hüququ üzrə təqsirləndirilən şəxsin təminatları” barədə mövzulara dair mühazirələr dinlənilib.