Xəbərlər

HAKİMLƏR ÜÇÜN İXTİSASARTIRMA KURSU

2017-08-04

Ölkəmizdə ədalət mühakiməsinin səmərəliliyinin artırılması üzrə həyata keçirilən islahatlar çərçivəsində hakimlərin tədrisinə xüsusi diqqət yetirilərək, bu sahədə Avropanın ən mütərəqqi modellərindən istifadə olunur, hakimlərlə sorğular keçirilərək onların tədrisinə ehtiyac bildikləri sahələr və mövzular öyrənilməklə tədris proqramları hazırlanır və Ədliyyə Akademiyası tərəfindən, o cümlədən beynəlxalq təşkilatlarla birgə mütəmadi tədris tədbirləri keçirilir.

 

Avqustun 4-də Ədliyyə Akademiyasında hakimlər üçün "Şəhərsalma və Tikinti Məcəlləsinin tətbiqi məsələləri" mövzusunda ixtisasartırma kursu keçirilib.

 

Apellyasiya və birinci instansiya məhkəmələrindən 15 hakimin iştirak etdiyi kursda tikinti qaydaları hüququna ümumi giriş, Şəhərsalma və Tikinti Məcəlləsinin tətbiqi zamanı yol verilən nöqsanlar, Məcəllənin qüvvəyə minməsi ilə əlaqədar yaranan məhkəmə mübahisələri və digər aktual mövzular tədris olunub, hakimləri maraqlandıran suallar ətrafında faydalı fikir mübadiləsi aparılıb.