Xəbərlər

BƏLƏDİYYƏ ÜZVÜ VƏ QULLUQÇULARI ÜÇÜN TƏDRİS KURSU

2017-09-22

Sentyabrın 21-22-də Ədliyyə Akademiyasında Naxçıvan Muxtar Respublikası ərazisində fəaliyyət göstərən bələdiyyə üzvü və qulluqçularının hüquqi maarifləndirilməsi məqsədilə tədris kursu keçirilib.

 

20-dək bələdiyyə nümayəndələrinin iştirak etdiyi kursda "Bələdiyyə qulluqçularının  istifadəsinə   və  mühafizəsinə nəzarətin  xüsusiyyətləri",  Bələdiyyələrin fəaliyyətində şəffaflığın artırılması  və  korrupsiya  hüquqpozmalarının qarşısının alınması", "Bələdiyyələrin    fəaliyyətinə    inzibati nəzarət", "Yerli (bələdiyyə) vergi və ödənişlərin   yığılmasında bələdiyyələrin hüquq  və vəzifələri", "Vətəndaşların  müraciətləri haqqında" Azərbaycan Respublikası  Qanunundan  irəli gələn vəzifələr, "Bələdiyyə  aktlarının   qəbulu  və  icrası"   mövzularında  mühazirələr oxunub.