Xəbərlər

HAKİMLƏR ÜÇÜN İXTİSASARTIRMA KURSU KEÇİRİLİB

2017-09-15

Hakimlərin davamlı tədrisi çərçivəsində cari ilin 15 sentyabr tarixində Ədliyyə Akademiyasında apellyasiya və I instansiya məhkəmələrinin hakimləri üçün “Mülki işlər üzrə məhkəmə baxışının xüsusiyyətləri” mövzusunda ixtisasartırma kursu keçirilib.

 

 

Kursda Bakı Apellyasiya Məhkəməsinin hakimi Abiddin Hüseynov, Şirvan Apellyasiya Məhkəməsinin hakimi İlham Əsədov və Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi İcra baş idarəsinin rəisi – Baş İcra Məmuru, baş ədliyyə müşaviri Nurəddin Mustafayevin təqdimatları dinlənilib.

 

 

Hakimlərə alqı-satqı və bağışlama müqavilələri, habelə kənd təsərrüfatı təyinatlı dövlət və bələdiyyə torpaqlarının mülkiyyətə verilməsi, həmin torpaq sahələrində tikinti işlərinin aparılması ilə bağlı yaranan mübahisələrə dair işlərə baxılması xüsusiyyətləri, məhkəmə qətnamələrinin icraya yönəldilməsi və icra zamanı məhkəmə ilə qarşılıqlı münasibətlər kimi məsələlər tədris olunub.