Xəbərlər

HAKİMLƏR ÜÇÜN NÖVBƏTİ İXTİSASARTIRMA KURSU KEÇİRİLİB

2017-09-22

Sentyabrın 22-də Ədliyyə Akademiyasında 31 hakimin iştirakı ilə “Cinayət işlər üzrə məhkəmə baxışının xüsusiyyətləri” mövzusunda ixtisasartırma kursu keçirilib.

 

 

Kursda Ali Məhkəmənin hakimi Fərhad Kərimov, hakim Vüqar Məmmədov, Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə baş idarəsinin əməkdaşı Əsəd Əliyev və Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatası Maliyyə Monitorinq Xidmətinin Hüquq sektorunun rəisi Azər Abbasovun təqdimatları dinlənilib.

 

 

Kurs zamanı ayrı-ayrı cinayət işləri üzrə məhkəmə təcrübəsindən irəli gələn problemlər, qətimkan tədbirlərinin seçilməsi, korrupsiyaya qarşı mübarizədə hüquq mühafizə orqanlarının qarşılıqlı əlaqəsi xüsusiyyətləri, cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılması və terrorçuluğun maliyyələşdirilməsi əməllərinin hüquqi tövsifi və sübuta yetirilməsi kimi məsələlər hakimlərin diqqətinə çatdırılıb.