Xəbərlər

HAKİMLİYƏ NAMİZƏDLƏRLƏ BEYNƏLXALQ EKSPERTLƏRİN İŞTİRAKI İLƏ TƏDBİR KEÇİRİLİB

2017-09-29

Hakimliyə namizədlərin ilkin uzunmüddətli tədris kursunun proqramına da “Hüquqi şəxslərin cinayət məsuliyyəti” mövzusu daxil edilmişdir. Avropa Şurasının dəstəyi ilə cari ilin 28-29 sentyabr tarixlərində hakimliyə namizədlər üçün “Hüquqi Şəxslərin Korporativ Cinayət Məsuliyyəti” mövzusunda seminar keçirilmişdir.Tədbirin keçirilməsində əsas məqsəd hakimliyə namizədləri beynəlxalq təcrübəyə əsaslanaraq, korporativ cinayət məsuliyyəti hallarına dair əsas anlayışlarla tanış etməkdir.

 

 

Seminar “Azərbaycanda korrupsiya ilə mübarizə və onun qarşısının alınması sahəsində bacarıqların artırılması” layihəsi çərçivəsində təşkil edilmişdir. Layihə 2015-ci ildən Avropa Şurası və Avropa İttifaqının Yaxşı İdarəçilik üçün Tərəfdaşlıq (YİT) Proqramı çərçivəsində icra olunur. Layihənin əsas məqsədi korrupsiya ilə mübarizə və onun qarşısının alınmasına yönəlmiş institusional islahalatların icrası vasitəsilə demokratiyanın və hüququn aliliyinə töhfə verməkdir. Bu məqsədlə korrupsiya ilə mübarizə və onun qarşısının alınması üçün institusional bacarıqların artırılması istiqamətində müxtəlif tədbirlər həyata keçirilir.

 

 

Seminar zamanı korporativ cəzalar üçün sanksiyalar və məhkəmə hökmünün verilməsi praktikası, korporativ cinayət işlərinin araşdırılması, beynəlxalq səviyyədə korporativ məsuliyyət, korporativ cinayət məsuliyyəti nəzəriyyəsi kimi mövzular müzakirə edilmişdir.