Xəbərlər

İCRA MƏMURLARI VƏ REGİONAL ƏDLİYYƏ İDARƏLƏRİNİN ƏMƏKDAŞLARI ÜÇÜN İXTİSASARTIRMA KURSU KEÇİRİLİB

2017-10-02

Oktyabrın 2-də icra məmurları və regional ədliyyə idarələrinin əməkdaşları üçün Ədliyyə Akademiyasında “Korrupsiyaya qarşı mübarizə” mövzusunda ixtisasartırma kursu keçirilmişdir.

 

 

Kursda “Korrupsiyaya qarşı mübarizə və antikorrupsiya mədəniyyəti”, “Korrupsiyaya qarşı mübarizə və ədliyyə işçisinin fəaliyyətində maraqların toqquşmasının qarşısının alınması”, “Ədliyyə orqanları işçilərinin etik davranış Qaydaları və bu Qaydaların pozulmasına görə məsuliyyət” mövzuları üzrə mühazirələr dinlənilib.